Qışda hava şaxtalı olacaq? - AÇIQLAMA

ÖLKƏ
12:02 / 29.10.2024
256

Son günlər ölkəmizdə yağıntılı havalar müşahidə olunur. 

Bəzi saatlarda hətta güclü yağan yağış leysana belə çevrilir. Bu isə öz növbəsində çox ciddi problemlərə gətirib çıxarır. Həmçinin, havanın temperaturu da kifayət qədər aşağı düşüb. Artıq evlərdə indidən istilik sistemləri qoşulmağa başlanılır. 

Bütün bunlar isə qarşıdan gələn qış aylarının necə olacağı ilə bağlı təxminlərin ortaya atılmasına səbəb olur. Bəzi ekspertlər qarşıdan gələn qışda havanın şaxtalı olacağını, bəziləri isə nisbətən mülayim keçəcəyini proqnozlaşdırırlar. 

Ümumiyyətlə, bu qış fəslində hava necə olacaq? Şaxtalı hava şəraiti gözlənilir? 

Mövzu ilə bağlı "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlama verib. O bildirib ki, Bakıda qış fəsilləri əsasən mülayim keçir:

361091

"Bu qışın da çox soyuq olmayacağı gözlənilir. Sadəcə bir neçə gün şaxtalı hava şəraiti ola bilər. Ümumiyyətlə, uzunmüddətli şaxta Bakı havasına xas deyil. Həmçinin, ölkə ərazisində də qış fəslinin çox soyuq olmayacağı proqnozlaşdırılır. Yəni sərt qış fəsli gözləmirəm".

Onun sözlərinə görə, qar yağışı olacaq, amma bütün fəsil boyunca şaxtalı hava proqnozlaşdırılmır:

"Yəni bizi sərt yox, mülayim qış gözləyir. Təcrübələrim onu deməyə əsas verir ki, bu qışda hava şəraiti Azərbaycan üçün nisbətən mülayim keçəcək".

Pərviz

0