"İnsanlar asan çıxış yolu kimi cadugarlara meyl edirlər"

ÖLKƏ
21:35 / 17.01.2025
50

Caduya inanırıqsa, yaxud insanların çoxu inanırsa ,demək onun batil edilməsinə də inanmaq lazımdır.

"Son zamanlar insanların sehrə bu qədər meyl etməsinin səbəbi sosial problemlərini həll edə bilməməsidir. Ona görə asan çıxış yolu kimi cadugarlara meyl edirlər". 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib. 

O bildirib ki, insan nə qədər həm fiziki, həm də mənəvi cəhətdən pak olsa, sehr ona az təsir edər. İbadətini tərk etməməlidir:

"Müxtəlif surələr var ki, onları oxumaq sehrdən qorunmaq üçün vasitə hesab edilir. Ayətül kürsi, Fələq, Nas, İxlas və Fatihə surələrini çox oxumaq sehrdən təmizlənməyə kömək olur. İnanmayan insana cadu daha az təsir edir. Caduya inanırıqsa, yaxud insanların çoxu inanırsa , demək onun batil edilməsinə də inanmaq lazımdır. Yəni, sehr psixoloji, şər qüvvələr, mənfi enerjilərin idarə edilməsi nəticəsində təsir göstərə bilir. Ən yaxşısı Allahla daima dua vasitəsi ilə əlaqədə olsunlar, o zaman onlara heç bir sehr, cadu təsir etməz, inşallah”. 

Sevinc

0