Yayda hava mülayim keçəcək? - AÇIQLAMA

ÖLKƏ
12:45 / 09.06.2026
127

Azərbaycanda son aylarda yağan intensiv yağışlar yayla bağlı proqnozlara da təsirsiz ötüşməyib.

Son zamanlarda havanın temperaturunun gözləniləndən aşağı olması və mütəmadi yağan yağışlar fonunda yay aylarında da havanın mülayim keçəcəyi ilə bağlı gözlənti yaradıb. Bəzi vətəndaşlar və ekspertlər bu yayda rekord dərəcədə istilərin olmayacağını düşünürlər.

Bəs əslində vəziyyət necədir? Yay aylarında hava həqiqətən mülayim keçəcək?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda hava şəraitinin dəqiq proqnozunu vermək olmur:


“Ötən il iyun ayı çox sərin keçdi. İyul, avqust ayları qismən isti oldu, sentyabrda yenə sərinlədi. Yəni çimərlik sezonu tez bağlandı. Vətəndaş suyun soyuması və havanın sərinləşməsi səbəbindən dənizdən tez geri çəkilməli oldu.

Bu il isə qışda hava mülayim keçdi, çox isti olmadı. Yəni hava yağıntılı idi. Bahar da gördüyünüz kimi yağıntılı və sərin keçir. Lakin bu sərinlik o demək deyil ki, əgər iyun ayında dəniz qızmırsa Abşeron yarımdasında iyulda hava çox isti keçməyəcək”.

Ekpsert qeyd edib ki, iyul ayının bəzi günlərində havanın hərarəti daha da yüksələ bilər:
“Ancaq ümumi olaraq gələn ayın çox sərin keçməyəcəyi görünür. Sadəcə olaraq, dünyada və ölkəmizdə istiliklə bağlı yayılan məlumatlar insanları bəzən narahat edir. Halbuki buna ehtiyac yoxdur. Çünki yayda havanın isti olması təbiidir.

Bəlkə temperatur hər gün rekord dərəcələrə çıxmayacaq, amma isti olacaq. Yəni son zamanlarda intensiv yağışların yağması yay ayının sərin keçəcəyi demək deyil. Ümumiyyətlə, qarşıdakı iyul-avqust aylarında istiliyin normadan az olması gözlənilmir”.

Pərviz

0