ŞKTC - Azərbaycan dostluğuna töhfə vermiş Ruslan Quliyevə vida

ÖLKƏ
15:40 / 09.06.2026
105

"Şimali Kipr sevdalısı, Kipr türkləri ilə könül bağı qurmuş, “Kipr–Azərbaycan Evi”nin qurucusu, vəfalı, səmimi və içdən dostumuz Ruslan Quliyevin vaxtsız vəfatından dərin kədər hissi keçirirəm". 

Hit.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer paylaşıb. 

O sözlərinə belə davam edib:

"Onun “Kipr–Azərbaycan Evi”nin hazırlanması zamanı göstərdiyi həvəs, açılışında gözlərində gördüyümüz sevinc, Azərbaycan-ŞKTC münasibətlərinin inkişafı üçün verdiyi zəhmət, ali təhsil və sağlamlıq turizmi sahələrindəki uğurlu fəaliyyəti heç vaxt unudulmayacaq. Əziz ailəsinə, dostlarına və bütün sevənlərinə səbir diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun".

 

0