Sabah Milli Məclisin son iclası keçiriləcək

ÖLKƏ
14:49 / 13.07.2026
60

Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək.

Hit.az xəbər verir ki, bununla bağlı parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib.

Sədr iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib.

Xatırladaq ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Buna görə də iyulun 14-ü keçiriləcək iclas sessiya üzrə sonuncudur. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılacaq.

0