Azərbaycanın pandemiya dövründə ən kritik həftəsi - Maksimum yoluxma

17:45 / 15.05.2020
1458

"Ölkə üzrə ən çox yoluxma Bakıda qeyd alınıb. Bakının rayonları üzrə isə ən çox yoluxma Yasamal, Nəsimi və Sabunçuda müşahidə edilir".


Bunu jurnalistlərə açıqlamasında TƏBİB rəhbəri Ramin Bayramlı deyib.


R.Bayramlı söyləyib ki, Bakıdan sonra ən çox yoluxma Gəncə və Lənkəran bölgələrinə aiddir.
Ramin Bayramlı deyib ki, Gəncə şəhərində bütün dövlət qurumlarının birgə apardığı tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını almaq müəyyən qədər mümkün olub: "Lakin yoluxmanın artma riski qalır, arxayınlaşmamalıyıq".


Statistik rəqəmlərdə məlum olub ki, ölkə üzrə Koronavirusa yoluxma halı ən çox ötən həftə qeydə alınıb. Ötən həftə 500 nəfərdən çox şəxs virusa yoluxub.


Bu həftə isə ölkə üzrə virusa yoluxanların sayı 450 nəfəri keçib. Şənbə və bazar günü elan ediləcək statistik rəqəmləri nəzərə alsaq, ən çox yoluxmanın bu həftə qeydə alınacağı gözlənilir.

0
Musavat.com