Azərbaycan Ordusunun 13 PUA-sı vurulmayıb - Müdafiə Nazirliyindən təkzib

11:03 / 16.07.2020
1032

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

HİT.Az-ın xəbərinə görə, o bildirib ki, bu, yanlış məlumatdır: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”.

0