Brilliant Dadaşovanın oğlu orduya yazıldı

ÖLKƏ
20:27 / 17.07.2020
901

Rəsmi mənbədən aldığımız məlumata görə Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev cəbhədə vuruşmaq üçün könüllülər cərgəsində ilk qeydiyatdan keçən gənclərimizdəndir.

Cahad Hacıyev yaşadığı rayonun hərbi komissarlığında könüllü qeydiyyatdan keçib.

Qeyd edək ki, Cahad bir müddət öncə pandemiya dövründə hazırlıqlara gedə bilməyən abituriyentləri nəzərə alaraq onlar üçün öz hesabına “iTest” proqramı hazırlayıb. Proqramı ödənişsiz hər kəsin istifadəsinə verib. İndiyədək minlərlə abituriyent Cahadın hazırladığı proqramdan pulsuz faydalanıb.

1
Big.az