Professor Adil Qeybulla da karantin rejiminin uzadılmasını səhv adlandırdı (ŞƏRH)

10:40 / 18.07.2020
1922

Xəbər verdiyimiz ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Qeyd edək ki, iyulun 17-də 471 nəfər koronavirus infeksiyasına yoluxub, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda karantin rejiminin nə zaman bitəcəyidir.

Hit.Az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan professor Adil Qeybulla bildirib ki, karantin rejimin həmin şərtlərlə əslində uzadılmasının xüsusi uğur gətirəcəyinə inanmıram: “Çünki “evdı qal” karantin rejimi daha çox problemlər yaşadır. Əhalinin bir çoxunda depressiya, panika vəziyyəti var. İnsanlar sanki həbsxanada qaldıqları kimi qalıblar. Daha optimal yol ondan ibarət idi ki, yollar açılmalı, insanlar ciddi şəkildə qaydalara əməl etməklərinə nəzarət gücləndirilməli idi. Yəni qapalı yerlərdə əlləri dezinfeksiya etmədən, qoruyucu tibbi maska taxmadan girmək qadağan edilməli idi. Ən önəmlisi isə insanları toplu şəkildə qapalı yerlərə girməsinə icazə verilməməli idi. Ticarət mərkəzlərində, metrolarda, ictimai nəqliyyatda, bir sözlə bütün qapalı yerlərdə insanların maskasız daxil olması qadağan edilməlidir. Əgər kimsə maskasız daxil olarsa, o insan cərimələnməli və ya digər tədbirlər görülməlidir. Daha sərt qaydalar qoymaq olar.

Burada sosial qınaq önəmlidir. İnsanlar artıq bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlayır. Çox adam görür ki, qonşudan bu xəstəlikdən dünyasını dəyişən və xəstə yatan var. Çünki görmək çox böyük effekt verir. Bu baxımdan buna üstünlük vermək lazım idi. Çox təəssüf ki, bu yolu seçdilər.

Ordumuza dəstək mitinqi göstərdi ki, yoluxanların sayı artmaqda davam edəcək. Operativ Qərargahın səsləndirdiyi fikirlər reallığı əks etdirə bilməz. Xəstələrin çoxusu evdə müalicə alırlar. Heç yerdə qeydiyyata düşmürlər. Əllərdə TƏBİB-in açıqladığı müxtəlif reseptlər gəzir. Yaxud başqa həkimlərin müalicələri ilə sağalanlar var. Ona görə də real rəqəm rəsmi elan olunandan 4-5 dəfə çoxdur. Ona görə də daha optimal “evdə qal” karantin rejimi ləğv edilir, karantin davranışları sərtləşdirilir. İnsanlar karantin davranışlarına əməl etmək şərti ilə azad gəzir. Çox təəssüf ki, bu yolu seçdilər. Yəqin ki, onların da öz arqumentləri var.

Qaldı ki, Azərbaycanda karantin rejiminin nə zaman ləğv ediləcəyinə, indiki zamanda bu barədə bir söz demək çətindir. Görünən odur ki, hələ uzadılacaq”.

0