Şəhid polkovnik İlqar Mirzəyevin ilk abidəsi hazırlandı - FOTO

ÖLKƏ
20:35 / 11.09.2020
1168

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınn IV kurs tələbəsi Təbriz Soltanlı Azərbaycan Ordusunun bu ilin iyul ayında Ermənistanla döyüşdə şəhid olmuş polkovnik İlqar Anzor oğlu Mirzəyevin ilk abidəsini yaradıb.

Təbriz Soltanlı bildirib ki, şəhid polkovnikin barelyefi tam hazırdır.

“Barelyefi könüllü hazırlamışam. Nə zaman istənilsə təmmasız verəcəm, abidəni quraşdıracam.

Gənc heykəltəraş şəhid general Polad Həşimovun büstünü hazırlayıb. Bu barədə Təbriz Soltanlı feysbuk hesabında paylaşım edib. Təki abidə əbədi qalsın”.

Xatırladaq ki, Azərbaycan ordusunun polkovnik İlqar Mirzəyev 14 iyulda Tovuzda gedən döyüşlərdə şəhid olub.

0
Bizimyol.info