Ermənistanda hərbi səfərbərlik elan olundu

SİYASƏT
13:16 / 27.09.2020
1417

Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Hit.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasdan sonra hökumətin toplantısı baş tutub. Ermənistan hökuməti hərbi vəziyyət və səfərbərlik elan edib.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

“İndi hökumətin qərarı ilə Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi. Bütün şəxsi heyəti hərbi komissarlıqlara gəlməyə çağırıram”, - deyə o qeyd edib.

Yerli mətbuat təmas xəttində Ermənistan Ordusunun ciddi itkilər verdiyini və səfərbərliyin məhz bu itkilərin yerini doldurmaq məqsədilə aparılacağını yazır. 

0