Madagiz kəndinin Suqovuşan adlandırılması məsələsi MM-in gündəliyinə salındı

ÖLKƏ
14:53 / 05.10.2020
570

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

HİT.Az-ın APA-ya istinadən məlumatına görə, bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.

0