KTMT Ermənistan ərazisindəki hərbi təlimləri təxirə saldı - Qarabağ müharibəsinə görə

SİYASƏT
14:37 / 06.10.2020
791

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın sonuna Ermənistanda planlaşdırılan hərbi təlimləri təxirə salınıb.

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov məlumat verib.

Onun sözlırinə görə, indi KTMT-nin üzv dövlətləri ilə qeyd edilən təlimin yeri və keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.

Xatırladaq ki, KTMT-nin "Axtarış -2020" və "Qarşılıqlı əməkdaşlıq-2020" komanda-qərargah hərbi təlimləri 23-30 oktyabr tarixlərində Ermənistanın “Baqramyan” poliqonunda keçirilməli idi.

1
Virtualaz.org