Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir, çoxsaylı itkilər var - Ermənistan MN

12:28 / 15.10.2020
2177

Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki son vəziyyətlə bağlı açıqlama yayıb.

Nazirliyin rəsmisi Artsrun Ovannisyan hazırda təmas xəttinin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb.

“Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”. O, xüsusən şimal və cənub-şərq istiqamətində vəziyyətin gərgin olduğunu əlavə edib.

Modern.az xatırladır ki, Ermənistan atəşkəs barədə razılaşmanı pozaraq təmas xəttinin bütün istiqamətlərində mövqelərimizə hücumlar edərək çoxsaylı itkilər verir.

0