Bu məşhur şirkət 18 mindən çox avtomobilini geri çağırdı

TEXNO
21:09 / 16.02.2021
1041

Çinin "Geely Motors" şirkəti Rusiyada 18 mindən çox avtomobili geri çağırır.

Hit.az-ın məlumatına görə, qərar şaxtalı havada yanacaq dəstəyinin zədələnməsi ehtimalı ilə əlaqədardır.

Bu nasazlıq nəticəsində avtomobildə yanğın baş verə bilər.

Geri çağırılma 2018-ci ildən etibarən istehsal olunan "Atlas" modellərinə şamil edilir.

Avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.

0