Bakıda uzun tıxac yarandı, avtobuslar gecikir - FOTO

ÖLKƏ
09:15 / 19.04.2021
1672

28 May-K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

Bakı Nəqıiyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin HİT.Az-a verdiyi məlumata görə, bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Onun sözlərinə görə, sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

0