Milyonlarla ölçülür: İtaliyada oğurlanmış Renuar, Sezan və Matiss tabloları tapıldı

DÜNYA
18:38 / 14.08.2026
42

İtaliya hüquq-mühafizə orqanları bu ilin əvvəlində Parma şəhəri yaxınlığındakı özəl muzeydən oğurlanan və milyonlarla avro dəyərində qiymətləndirilən Renuar, Sezan və Matissin üç tablosunu aşkar edib. 

HİT.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Oğurlanmış sənət əsərlərinin qaytarılması ilə məşğul olan İtaliya karabinyerlərinin bölməsinin məlumatına görə, tablolar prokurorluğun qərarı əsasında aparılan axtarışlar zamanı tapılıb. Əməliyyatın digər təfərrüatları isə hələlik açıqlanmır.

Tapılan üç əsər Oqyust Renuarın "Balıq", Pol Sezanın "Gilaslarla natürmort" və Anri Matissin "Terasda odaliska" əsərləridir.

Sezanın əsərinin 6 milyon avro (7 milyon dollar), Renuarın əsərinin 3 milyon avro (3,5 milyon dollar), Matissin əsərinin isə 20 min avro (23 min dollar) dəyərində olduğu bildirilir.

"Associated Press" xatırladır ki, Parmadan təxminən 20 kilometr məsafədə yerləşən "Magnani Rokka" Fondunda oğurluq martın 22-dən 23-nə keçən gecə baş verib. Polisə görə, oğrular binanın giriş qapısını sındırıblar.

Yerli KİV-in məlumatına görə, cinayətkarlar tabloları üç dəqiqədən az müddətdə oğurlayaraq muzeyin bağlarından qaçıblar.

1977-ci ildə yaradılan fond incəsənətşünas Luici Manyaninin kolleksiyasını, həmçinin Dürer, Rubens, Van Deyk, Qoyya və Monenin əsərlərini qoruyub saxlayır. Muzey rəhbərliyi oğurluğun arxasında yaxşı təşkilatlanmış dəstənin dayandığını düşünür.

Samir

0