Belçika Avropa İttifaqı ölkələri arasında Rusiya qazının ən böyük alıcısı olub. Ölkə iyun ayında Rusiyadan qaz idxalını 27 faiz artırıb.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" Eurostatın məlumatlarına istinadən xəbər yayıb.
İllik müqayisədə Belçikanın Rusiyadan qaz idxalı 1,8 dəfə artıb. Ölkənin Rusiyadan aldığı qazın dəyəri 268 milyon avroya çatıb. Söhbət yalnız mayeləşdirilmiş təbii qazdan (LNG) gedir.
Qaz alışına görə ikinci yerdə 257,6 milyon avro ilə Fransa qərarlaşıb. İl ərzində Fransanın Rusiyadan qaz idxalı 42 faiz artıb. Üçüncü yerdə isə 218,3 milyon avro ilə Macarıstan gəlir.
Rusiya qazının əsas alıcıları arasında İspaniya (201,3 milyon avro), Bolqarıstan (142,9 milyon avro) və Slovakiya (113,4 milyon avro) da yer alıb.
Avqustun 1-də Rusiyanın 2026-cı ilin ilk yeddi ayında Avropaya qaz tədarükünü 3,4 faiz artırdığı bildirilmişdi. TASS-ın məlumatına görə, iyul ayında Rusiyanın Avropaya qaz ixracı iyunla müqayisədə 39 faiz artaraq 1,5 milyard kubmetr təşkil edib. Bununla belə, göstərici 2025-ci ilin iyulu ilə müqayisədə 5 faiz azalıb.
Samir


