Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin Final gecəsi baş tutub - FOTOLAR

MAQAZİN
10:30 / 17.05.2022
1566

15 May 2022 tarixində Bakı Gənclər Mərkəzində Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin Final gecəsi baş tutdu. 

Digər illərdən fərqli olaraq müsabiqə gənclərə dəstək siyasətinə uyğun olaraq Final gecəsini izləmək üçün qonaqlara  açıq qapı elan edilmişdi.  

Final gecəsində iştirakçılar 2 tura əsasən münsiflər heyəti tərəfindən qiymətləndirildilər.

Münsiflər heyətinə daxil idilər: 

Azər Dadaşov - bəstəkar,  Azərbaycan Respublikasının xalq artisti, Humay mükafatının laureatı.

Nərgiz Babayeva - Bakı Gənclər Mərkəzinin direktoru,  Fərid Allahverdiyev -  Kapoeira idman növu üzrə dünya çempionu, Anar Səfərov - Azərbaycan Brasiliya Juijutsu Federasiyasının Vitse Prezidenti, Qarabağ Brasiliya BJJ Akademiyasının rəhbəri, Anelya Orduxanova -  Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqələrinin təsisçisi və baş təşkilatçısı,  yazıcı, publisist, jurnalist, qızıl qələm və Azərbaycan bayrağı mükafatlarının sahibi, Xanım Əliyeva - III Vice Miss Azerbaijan 2017, Miss Bahar of Azerbaijan 2017, Miss  Popular of Azerbaijan 2017 nominasiyalarının sahibi, Miss Baku 2015, Dizayner-rəssam Elvira Quliyeva, Valeriya Konkina - Azərbaycan Dövlət Rəqs Ansamblının artisti, Nigar Əliyeva – Türkiyədən təşrif buyurmuş peşəkar dizayner, rəssam 

Final gecəsində müxtəlif musiqili qonaqlar  öz ifaları ilə qonaqların istirahət etməsi və əylənməsinə kömək etdilər. 

İştirakçılar 1 –ci turda Kəjual Sport ( Bəylər ) və Kokteyl ( xanımlar), 2-ci turda isə klassik ( bəylər) və ziyafət ( xanımlar) geyimlərdə  podiumda çıxış etdilər. 

2 turun nəticələrinə əsasən “Miss Azerbaijan 2022”  Nurlana Vəliyeva  və Mister Azerbaijan 2022  İsa Ələkbərov seçildilər. 

Digər nominasiyalar: 

Miss Photomodel of Azerbaijan 2022 – Fatimə Bəşirova 

Miss Super Model of Azerbaijan 2022 – Alyana Qədimli 

Miss Baku 2022 – Nigar İsmayılova 

III Vice Miss   of Azerbaijan 2022 – Nübar Kərimli 

II Vice Miss of Azerbaijan 2022 – İsana Həsənli 

I Vice Miss of Azerbaijan 2022 – Natalya Qorobec 

Mister Style of Azerbaijan 2022 – Raul Rəhimov 

Mister Photomodel of Azerbaijan 2022- Rüstəm Cəbiyev 

Mister Supermodel of Azerbaijan 2022-  Ağaqulu Cəfərov 

Mister Baku 2022 – Yaqub Fərziyev 

III Vice Mister of Azerbaijan 2022 – Rəşad Mehdili  

II Vice Mister of Azerbaijan 2022 – Eyyub Hüseynquliyev  

I Vice Mister of Azerbaijan 2022 – Mahmud Həsənov

İnformasiya dəstəyi - Hit.az

0