Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi

ÖLKƏ
13:28 / 02.02.2023
633

Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, Səadət Xələfbəyli ilə yanaşı, Mərkəzin direktor müavini və şöbə müdiri də eyni qanun pozuntularına görə işdən azad olunublar.

Əldə olunan məlumatlara görə, işdən çıxarılan Səadət Xələfbəyli keçmiş mədəniyyət naziri Anar Kərimovun qohumudur.

0