Selin Dion 2024-cü ilin aprel ayına kimi bütün konsertlərini ləğv etdi

DÜNYA
21:01 / 26.05.2023
397

Kanadalı müğənni Selin Dion ötən il elan etdiyi xəstəlikdən hələ də sağalmadığı üçün 2024-cü ilin aprel ayına qədər konsert turlarını ləğv etdiyini açıqlayıb. 

HİT.az xəbər verir ki, o, bu barədə öz saytında məlumat verib.

Keçən ilin dekabrında Selin Dion sosial mediada 2023-cü ilin 8 yay konsertini ləğv etməsinə və yaz konsertlərini 2024-cü ilə köçürməsinə səbəb olan ciddi nevroloji xəstəlik barədə məlumat vermişdi.

"Hamınızı yenidən məyus etdiyim üçün çox üzr istəyirəm. Gücümü bərpa etmək üçün çox çalışıram, lakin siz 100% olsanız belə, qastrol səfərləri çox çətin ola bilər. Şouların vaxtını dəyişməyə davam etmək sizə haqsızlıqdır və ürəyimi parçalasa da, mən yenidən səhnəyə qayıtmağa hazır olana qədər hər şeyi indi ləğv etsək, daha yaxşı olar”, deyə müraciətdə qeyd edilir.

Eyni zamanda, o, "təslim olmadığını" da bildirib.

Saytın məlumatına görə, müğənni 2023-cü ilin avqustundan 2024-cü ilin aprel ayına kimi bütün konsertlərini ləğv edib.

Selin Dion 1988-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin qalibidir (İsveçrəni təmsil edirdi). 1997-ci ildə Ceyms Kemeron Selin Dionu "Titanik" filminin mövzusu olan "My Heart Will Go On" mahnısını ifa etməyə dəvət edib. Bu kompozisiya Oskar (1998) və dörd Qremmi (1999) alıb.

Samir

0