Avropa İttifaqı ölkələrində yeni avtomobillərin satışı ARTDI

10:45 / 31.08.2023
1148

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə avtomobil satışları artıb.

HİT.az xəbər verir ki, sözügedən ölkələrdə ötən ay avtomobil satışlarında 15,2% artım olub.

Belə ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Avropa İttifaqı (Aİ) ölkələrinin iyul ayı üzrə statistikalarını dərc edib.
 
Bildirilib ki, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% artaraq 851 min 156-ya çatıb.

İyul ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 35,8 faizi benzin, 25,6 faizi hibrid, 14,1 faizi dizel, 13,6 faizi tam elektrik, 7,9 faizi plug-in hibrid, 3 faizi isə digər yanacaq növlərinə sahib avtomobillər olub.

Elektrikli avtomobil satışları da iyulda keçən ilin eyni dövrü ilə müqayisədə 60,6% artaraq 115 min 971 ədədə çatıb.

O da qeyd olunub ki, avtomobil satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə Fransada 19,9%, Almaniyada 18,1%, İspaniyada 10,7%, İtaliyada isə 8,7% artıb.

Pərviz

0