Orqan transplantasiyası necə həyata keçiriləcək?

ÖLKƏ
21:33 / 11.01.2024
302

Məlumdur ki, Səhiyyə Nazirliyinin Kollegiyası Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktlar təsdiq edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Məlumatlandırılmış razılıq ərizəsinin forması” təsdiq edilib.

“Meyit donordan donor orqanlar götürülənədək , onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydası” və “Meyit donordan götürülmüş orqanla bağlı aktın forması” təsdiq edilib.

Yeniliklər bağlı fikir bildirən tibb elmləri doktoru Adil Qeybulla Hit.az -a açıqlamasında bildirib ki, qanunun dəqiq icra mexanizminin formalaşmasına və cəmiyyətin buna hazırlanmasına ehtiyac var:

 “Orqan mənbəyi adətən beyin ölümü keçirmiş praktiki sağlam şəxslər olur. Bizdə isə ümumiyyətlə, insanlar meyitləri yarmağa qoymurlar, nəinki beyin ölümü keçirmiş insandan orqan götürməyə. Vətəndaşlar psixoloji olaraq ona hazır deyil. Cəmiyyətdə bu məsələlər həllini tapmadan, bu işi geniş və effektiv həyata keçirə bilmərik".

Sevinc

0