Ağrıkəsicilər dərdə dərmandır?

22:23 / 11.01.2024
288

Müəyyən ağrılar zamanı dərman qəbulu geniş yayılıb. Təbii ki, ağrılar şiddətlənəndə əlacsız qalıb ağrıkəsici içməkdən başqa çarə qalmır. Ancaq bəzi hallarda onlardan tez-tez istifadə edilir.

Sakitləşdirici təsir göstərən həmin preparatların qəbulundan sonra onun orqanizmə vuracağı zərərlər də az deyil.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a şərhində bildirib ki, ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid, iltihab əleyhinə dərmanlar qaraciyərə mənfi təsir göstərir. Müntəzəm olaraq, həftədə bir dəfədən çox ağrıkəsici qəbul etmək sağlamlıq üçün zərərlidir: 

"Unutmaq lazım deyil ki, həmin dərmanlar səbəbi deyil, nəticəni aradan qaldırır. olaraq ağrıkəsicidən istifadə isə heç bir halda düzgün deyil. Çünki insanda mütəmadi olaraq ağrılar varsa, bu hansısa xəstəlikdən xəbər verir. Ara-sıra baş qaldıran ağrılardan ötrü isə ağrıkəsici qəbuluna ehtiyac yoxdur. Belə ağrılar zamanı miqren üçün olan dərmanların qəbulu məsləhətlidir. Lakin xəstələr bundan suistifadə etməməlidir. Düzgün istifadə edilməyən ağrıkəsicinin qəbulu insanda müxtəlif problemlərin yaranmasına gətirib çıxara bilər”.

Sevinc

0