Ukrayna mövcud vəziyyəti qorumağa çalışır, çünki...

DÜNYA
15:20 / 16.01.2024
247

"Hazırda kollektiv Qərbin diqqətinin başqa yöndə olması Ukraynanı geriyə addım atmağa və yaxud da hazırkı vəziyyəti qoruyub saxlamağa məcbur edir".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün Ukraynaya verilən vədlər yerinə yetirilmir:

"Rusiya kimi güclü dövlətlə müharibəni davam etdirmək üçün Ukraynaya ciddi dəstək lazımdır. Bura maddi, hərbi və siyasi dəstəyi aid etmək olar. Amma biz Qərb tərəfindən Ukraynaya müharibənin əvvəlində verilən dəstəyi görmürük. 

Hətta 2023-cü ilin də əvvəlində olan dəstək də indi yoxdur. Bu isə o deməkdir ki, kollektiv Qərb müəyyən mənada ya sözügedən müharibədən yorulub, ya da müharibəni arxa plana atmağa çalışır".

341866

Ekspert qeyd edib ki, indiki vəziyyətdə Yaxın Şərqdəki proseslər alovlanmaqdadır:

"ABŞ və Böyük Britaniyanın Yəməndə hərbi əməliyyatlar keçirməsi həmin dövlətlərin rəhbərlik etdiyi kollektiv Qərbin maraqları daha çox Yaxın Şərqdə baş verən proseslərə doğru yönəlməkdədir. Düşünürəm ki, bu da rəsmi Kiyevi ciddi şəkildə narahat edir. 

Ona görə də Ukrayna Prezidenti Volodomir Zelenski Qərbə çağırışlar edir və Rusiyaya qarşı sərt addımların atılmasına çağırır. Lakin görünən odur ki, bu gün Qərb ölkələri Ukraynaya yardım göstərməkdə maraqlı deyillər. Təbii ki, bu da Ukraynanı müharibə meydanında uğursuzluğa və Rusiya ilə mövcud status-kvonu tanımağa məcbur edə bilər". 

Pərviz

0