Bunu da gördük - Orqazm peyvəndi nədir?

SAĞLAMLIQ
23:12 / 11.09.2024
305

Azərbaycanda yeni peyvənd növü dəbə düşüb.

Bu peyvəndin adı orqazm peyvəndidir. Bəs o nəyə xidmət edir?

Hit.az-ın sualını cavablandıran ginekoloq Hicranə Manaflı bildirib ki, orqazm peyvəndi insanın öz qanının plazmasından hazırlanır:

“Orqazm peyvəndi qadınlara vurulur. Bu qadının öz qanından hazırlanmış böyümə faktoru ilə zəngin olan plazmanın erogen zonalara vurulması deməkdir. Orqazm peyvəndi daha sağlam cinsi həyata xidmət edir. Prosedur yerli keyitmə ilə ambulator şəraitdə aparılır. Xəstə iynə vurulduqdan sonra aktiv həyatına davam edir".

Murad

0