Dar şalvarlar geyinməyin...

SAĞLAMLIQ
18:59 / 09.12.2024
213

Bu gün gənclərin bir qismi dar şalvar geyinməyi sevir. 

Ancaq həkimlər isə israrla dar şalvarın sağlıq üçün zərərli olduğunu iddia edir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, bədənə yapışan dar şalvar geyinilməməlidir: 

“Dar şalvar kiçik çanaq orqanlarının qan təchizatında və sinirlərdə problem yarada bilər. Kiçik çanaq orqanlarındakı damarların sıxılması damarların divarlarında problemlər yaradır. Dar şalvar geyinən insanlarda bir qayda olaraq sinirlər sıxılı vəziyyətdə olur. Bu da bir sıra xəstəliklərə aparıb çıxarır. Sinir xəstəliklərinin isə bəzən müalicəsi mümkün olmur. Dar şalvar qadınlarla yanaşı, kişilərə də ziyandır. Kişilərdə sonsuzluğun bir səbəbinin də dar, cins, sıx şalvarlardır. Dar, sıx, xüsusən cins şalvarlar, bel hissəni tam tutmayan şalvarlar kişi cinsi orqanı, xüsusən xayalar üçün “istixana” effekti yaradır, havalandırma, istlik sistemi pozulur. Nəticədə anormal spermlərin sayı çoxalır, normal spermatogenezin yaranmasının qarşısını alır, aşağı çanaq orqanlarında qan dövranı pozulur, varikosel yaranır. Bunlar da kişinin ata olmasına mane olur”.

Sevinc

0