Paşinyan həbs ediləcək – Səs-küylü hadisələrin təfərrüatı

DÜNYA
18:09 / 11.06.2020
1320

Ermənistanın “Politik.am” nəşri Nikol Paşinyanın bir il əvvəl verdiyi açıqlamanı xatırladan bir məqalə yayımlayıb: “Əgər mənim işlədiyim müddətdə ən azı ailə üzvlərimdən birinin milyonçu olduğu ortaya çıxsa, həbsxanada olmalıyam. Bu olmayacaq, hər dollar üçün cavab verməliyik”.

Konkret.az xəbər verir ki, indiki Baş nazir bunu 2019-cu ilin mayında söyləyib.

Paşinyanın açıqlamasından təxminən bir il sonra şəbəkə Ermənistan hökumətinin başçısının və ailəsinin müxtəlif korrupsiya qalmaqalları ilə (qanunsuz silah ticarəti və siqaret qaçaqmalçılığı) bağlı faktlar dərc edib. Bu günə qədər bu faktlara rəsmi açıqlama verilməyib.

Artıq iki ilə yaxındır ki, Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi fondlara pul ödəməyi tələb edən oliqarxların və iş adamlarının “reketçiliyi” ilə məşğul olduğu üzə çıxıb.

“Bu yaxınlarda məlum olub ki, Paşinyan ailəsinin digər üzvləri qaranlıq sövdələşmələrdə iştirak edirlər, təxminən iki ildir qanunsuz ticarətlə məşğul olurlar. Ermənistandan göndərilən qanunsuz siqaretlər Rusiya hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilib. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bu barədə bir neçə video mesajında ​​bildirib. Bununla bağlı rəsmi açıqlama verilməyib. Rusiya telekanalı tərəfindən hazırlanan reportajda Rusiyanın Voronej şəhərində bir milyon dollardan çox dəyəri olan qaçaq siqaret olan bir təyyarənin müsadirə edildiyi görüntülər əksini tapıb. Və bu videoda Nikol Paşinyanın ailə üzvlərinin adları qeyd olunur.

Digər oxşar hadisə Krasnodarda baş verib, bu dəfə bir dəstə erməni siqareti Abxaziyaya ixrac edilib, lakin Rusiya bazarında satış üçün nəzərdə tutulub. Bu hadisə ilə əlaqədar gürcü mediası müvafiq sənədlərin Gürcüstan hüquq-mühafizə orqanlarının əlində olduğunu qeyd edərək təlaş keçirib. Yayılan məlumata görə, tütün qaçaqmaçılığı Nikol Paşinyan ailəsinin himayəsi altında həyata keçirilir. İşə Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyan, qaynı Qraçya Akopyan və həyat yoldaşı Anna Akopyan da qarışıb.

Maraqlıdır ki, bu qalmaqallı açıqlamadan bir aydan çox vaxt keçsə də, cinayət işi hələ açılmayıb. Üstəlik, məlumatlara görə, David Ananyanın işdən çıxarılmasının əsl səbəbi bu hekayə ilə bağlıdır. Məlumata görə, David Ananyan növbəti hökumətin bu məsələ ilə bağlı cinayət işi açacağına əmin olmaqla istefa məktubu yazmağı seçib. Məlum olur ki, Nikol Paşinyan ailəsi bu korrupsiya hekayəsi nəticəsində on milyonlarla dollar qazanıb. Hakimiyyətin sükutu və ictimaiyyətə açıqlama verilməməsi, baş verənlərin gizlədilməsi təsəvvürünü yaradır”. Politik.am yazır.

 

0