Bu gün tarixin vərəqlərində 9 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.
9 iyul həm də bir sıra görkəmli şəxsin doğum və vəfat günü kimi də xatırlanır. Bu gün Azərbaycanda Diplomatik Xidmət Orqanları Əməkdaşlarının peşə bayramıdır. 9 iyul Cənubi Sudanda Müstəqillik Günü, Palauda isə Konstitusiya Günü kimi qeyd olunur. Beləliklə, tarixin 9 iyuluna nəzər salırıq.
9 iyulda baş verənlər:
1877-ci ildə ilk Uimbldon tennis turniri keçirilib. 2006-cı ildə İtaliya milli futbol komandası Dünya Kubokunu qazanıb. 2011-ci ildə Cənubi Sudan müstəqillik qazanaraq Sudandan ayrılıb.
9 iyulda doğulanlar:
1992-ci ildə baş leytenant, şəhid Nəbi Hüseynov, 1835-ci ildə şair Seyid Əzim Şirvani və 1939-cu ildə Əməkdar artist, aktyor Firuz Xudaverdiyev dünyaya gəlib.
Dünyada isə 1526-cı ildə Polşa kraliçası Avstriyalı Elizabet, 1578-ci ildə Roma imperatoru II Ferdinand, 1764-cü ildə ingilis yazıçısı Anna Radklif, 1932-ci ildə ABŞ dövlət xadimi Donald Ramsfeld, 1938-ci ildə rus aktrisası Liya Axecakova, 1950-ci ildə Ukraynanın 4-cü prezidenti Viktor Yanukoviç, 1956-cı ildə amerikalı aktyor Tom Henks və 1985-ci ildə İngiltərə futbolçusu Eşli Yanq doğulub.
9 iyulda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Namiq Allahverdiyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1488-ci ildə Səfəvi rəhbəri, Şah İsmayıl Xətainin atası Şeyx Heydər, 1926-cı ildə yazıçı və dramaturq Nəcəf bəy Vəzirov, 1981-ci ildə Xalq şairəsi Nigar Rəfibəyli, 1994-cü ildə Əməkdar artist, qoboyçu Məmməd Orucov və 2025-ci ildə filosof, professor Rəhman Bədəlov dünyasını dəyişib.
Xaricdə isə 1746-cı ildə İspaniya kralı V Filipp, 1966-cı ildə gürcü deputat Camal Məmmədov, 1967-ci ildə Pakistan siyasətçisi Fatimə Cinnah, 1967-ci ildə alman həkim Ouqen Fişer, 2004-cü ildə amerikalı jurnalist Pol Xlebnikov və 2020-ci ildə rus futbolçu və baş məşqçi Vladimir Salkov vəfat edib.
Pərviz


