Çipsi ölümə səbəb olur?

SAĞLAMLIQ
17:20 / 10.06.2024
278

Uşaqların və hətta bəzi böyüklərin belə sevə-sevə yediyi çipsi orqanizmə dəhşətli dərəcədə ziyanlıdır.

Çipsilər metobolizmdə müxtəlif fəsadlara yol açır. 

Bu günlərdə sosial şəbəkədə yayılmış məlumata əsasən, Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb. 

Belə ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək, öldüyü iddia olunur. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, çipsin tərkibindəki yağlar damarların daralmasına səbəb olur. Bu səbəbdən də tez-tez çipsi yeyən adamların ürək-damar xəstəliklərinə tutulma şansı artıq olur:

"Nəzərə almaq lazımdır ki, çipslərin hazırlandığı mühit ekoloji cəhətdən müsbət sayılmır. Bunun ən əsas səbəbi istifadə olunmuş yağların dəfələrlə işlədilməsidir. Bu isə, insan orqanizmi üçün zərərlidir. Xüsusən də, yüksək xolesterolun yaranmasına imkan verir. Ümumiyyətlə, çipsi orqanizm üçün zərərli hesab edilən qidalardandı. Hormonal tərkibli olan çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur. Xərçəng, obezit, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur”.

Sevinc

0