Nanəli çayın fayda və zərərləri

SAĞLAMLIQ
20:00 / 09.07.2024
315

Nanəli çay – xoş ətirli, zərif və əlbəttə ki, sərinləşdirici xüsusiyyətə malikdir.

Nanə çayı həm dadı, həm də insan orqanizminə faydalarına görə digər çaylardan fərqlənir.

Dünyanın bir çox ölkələrində qara və yaşıl çay əvəzinə insanlar məhz nanə çayı içirlər.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, nanənin tərkibində A, B, C vitaminləri var:

"Nanə çayı sinir sisteminə müsbət təsir edir, həzmə yaxşı təsir edir, ağız qoxusunu yox edir. Həmçinin, stressi və gərginliyi aradan qaldırır, ürəyə xeyirlidir, yorğunluğu aradan qaldırır. Ancaq bu çayın xeyri ilə yanaşı, ziyanı da var. Kişilərə nanəli çayı içmək məsləhət görülmür. Belə ki, bu çay qanda testesteronun miqdarını aşağı salır. Onu da bildirim ki, testosteron hormonu spermatozoidlərin hazırlanmasında iştirak edir, kişilərdə potensiyanı stimullaşdırır. Nanəli çay içən zaman kişi sakitləşir, seksual aktivliyini azalır".

Sevinc

0