Günümüzdə təbii qidalar azaldıqca, insan orqanizmi buna müxtəlif reaksiyalar göstərir.
Həddən çox şirniyyata aludəçilik ,düzgün qidalanmama uşaqlarda qəbizliyə səbəb olur.
Bəs bunu təbii yolla necə aradan qaldırmaq olar?
Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, qəbizliyi aradan qaldırmağın ən yaxşı təbii vasitəsi zeytundur.
"Uşaqlara hər gün 10 ədəd konservləşdirilmiş yaşıl zeytun yedizdirmək və tam acqarına, yedikdən sonra 1 qaçıq təmiz zeytun yağı içitmək yacşı təsir edir. Bundan əlavə çiy kartof suyu, yuxudan duran kimi kök şirəsi, 2 stəkan ilıq su içmək , ərik, armud, albalı şirəsi də müsbət nəticə verir"-deyə o bildirib.
Murad