Azərbaycanda torpaq qatılaraq bişirilən bir yeməyin olduğunu bilirdinizmi?
Bu bəhməzdir. Torpaq, xüsusilə də üzüm bəhməzi hazırlanarkən istifadə olunur. Bu onun qatılığının artırılmasına xidmət edir. Bəhməz üçün hər torpaq yox, dağlardan gətirilən xüsusi tərkibli torpaqdan istifadə eləmək olar.
Bu ləziz təam adətən üzüm, əncir, tut və ya nar kimi meyvələri qaynadıb, şəkər əlavə edilərək, qalın bir konsistensiyaya qədər bişirməklə hazırlanır.
Bu proses zamanı meyvələrin təbii şəkərləri konsentrə olur və bəhməz şirinlik əldə edir. Müxtəlif desertlərdə və xəmirlərdə də istifadə edilə bilər.
Fitorepavet Yasəmən Əliyeva Hit.az-a bildirib ki, bəhməz təbii şəkər və minerallarla zəngin olduğu üçün sağlam alternativ sayılır:
“Üstəlik, tərkibindəki lif miqdarı olduqca yüksəkdir. Üzüm bəhməzi, tut bəkməzi və nar bəkməzinin hər birinin özünəməxsus faydaları var. Bəkməz, tərkibindəki antioksidanlar sayəsində bədəni sərbəst radikallara qarşı qoruyur. Bu, xərçəng və digər xroniki xəstəliklərin riskini azalda bilər. Üzüm bəhməzi xüsusilə dəmir, kalsium, kalium və maqnezium kimi minerallarla zəngindir. Bəhməz aşağı glisemik indeks dəyərinə malik olduğundan, qan şəkərini balanslaşdırmağa kömək edə bilər. Bu, diabet riskini azalda bilər. Xüsusilə tut bəhməzi liflə zəngindir və həzm sisteminin sağlamlığını dəstəkləyərək, qəbizliyi aradan qaldırmağa kömək edə bilər".
Murad