Telefonsuz həyatı təsəvvür etmək mümkün deyil.
Günün bütün saatlarında telefona baxırıq, ondan müxtəlof məqsədlə istifadə edirik.
Həkimlər gecə saatlarında smartfon telefondan istifadə etməməyi məsləhət görür.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, smartfon və digər texniki vasitələrin gecə ekranından yayılan mavi işıq orqanizin şəkərə reaksiyasını dəyişir, insanı şirniyyata meyilləndirir, toxumalarda qlükoza həssaslığını çoxaldır. Nəticədə insan daha çox şəkər tələb edərək, diabet mərhələsinə qədəm qoyur. Bu effekt daha çox kişi cinsində müşahidə olunur:
“İnsan gözünün qişası telefon ekranının mavi işığına çox həssasdır. Gecə vaxtı uzun müddət telefona baxmaq görmə qabiliyyətini zəiflədir. Hətta buna görə kor olan insanlar belə var. Bu səbəbdən də gecələr mümkün qədər texnikadan uzaq durmaq lazımdır”.
Sevinc