Qoz qabığının inanılmaz faydaları

SAĞLAMLIQ
21:18 / 17.09.2024
273

Qoz hər kəsin bildiyi kimi bir çox faydası olan quru çərəzdir.

Yaddaş itkisindən tutmuş ürək və damar xəstəliklərinə qədər ⁶bir çox xəstəliyə qarşı şəfa olan qozun qabığı da bir o qədər faydalıdır.

Danılmaz faktdır ki, əksəriyyətimiz qozu yedikdən sonra qabığını və içində yarpağa bənzəyən parçaları atırıq.

Halbuki, qoz qabığı inanılmaz faydalara malikdir.

Hit.az xəbər verir ki, qoz qabığı dırnaq və dəri baxımında tam bir möcüzədir. 

Bir çox kosmetik məhsullarda istifadə edilir. Soyuqdəyməyə və öskürəyə qarşı olduqca şəfalıdır.

Bağırsaq qurdlarının təmizlənməsində faydalıdır. Qoz qabığı şəkər xəstələri üçün faydalıdır. 

D vitamini əskikliyinə, sızanaq problemləri və dəri ləkələrinə qarşı faydalıdır.

Qozun qabığını dəmləyib çay kimi içmək soyuqdəymə və öskürəyə də yaxşı təsir edir. 

Eyni qarışığı gündə iki stəkan içməklə bağırsaqlardakı qurdlara qarşı müalicə kimi istifadə etmək olar.

Sevinc

0