Soğan qabığının faydaları

SAĞLAMLIQ
17:02 / 01.10.2024
158

Soyuq havada ən çox ehtiyac duyulan tərəvəzlərdən biri də soğandır.

Soğanın faydalarını saymaqla bitməz, lakin bu tərəvəz sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalıdır. 

Soğanın özü ilə yanaşı, qabığı da faydalıdır.

Hit.az xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydaları var. 

Sağlamlığı yaxşılaşdırmaq üçün sadə soğan qabığı çayını dəmləmək, onu adi çaya əlavə etmək və ya soğan qabığından ədviyyat hazırlayıb, əsas yeməklərə, şorbalara yaxud güveçlərə əlavə etməklə pəhrizə daxil etmək olar.

Soğan qabığı vitaminlər, minerallar və flavonoidlər də daxil olmaqla dəri sağlamlığını yaxşılaşdıran birləşmələri ehtiva edir. 

Soğan qabığından hazırlanan məlhəmdən həmçinin ağız boşluğu soyuqlaması, diş ağrıları və əllərin keyiməsi zamani istifadə etmək olar.

Qabiq dəmləməsi ilə baş yumaq saç dibini möhkəmləndirir.
O, həmçinin saçlara parlaqlıq verir.

Soğanın baş hissəsini kəsərkən,  atmaq lazım deyil, onu qabığı dəmləyərkən içinə əlavə etdikdə daha çox təsirə malik olur.

Sevinc

0