Çinli tədqiqatçılar D vitamini çatışmazlığının zəiflik və sümük ağrısı ilə əlaqəli olduğunu bildiriblər.
HİT.az xəbər verir ki, bu barədə "ScienceDirect" məlumat yayıb.
Mütəxəssislər D vitamininin kardiometabolik risk faktorlarına təsirini araşdırıblar. Endokrinoloqlar onun istifadəsinin sümük formalaşmasında faydalı olduğu qənaətinə gəliblər.
Alimlər həmçinin D vitamininin qan təzyiqi, xolesterin, insulin və qlükoza səviyyəsini normallaşdırdığı qənaətinə gəliblər. Faydaları uzun müddət əlavə qəbul edənlərdə də nəzərə çarpır.
Bu yaxınlarda britaniyalı dietoloq Edvard Mater məlumat verib ki, ultrabənövşəyi radiasiyaya məruz qalma səbəbindən göbələklərdə çoxlu miqdarda D vitamini yığılır. Bu məhsuldan istifadə etməklə orqanizmdə bu vitaminin çatışmazlığını kompensasiya etmək olar.
Zonqyuan Qida Laboratoriyasının alimləri də D vitamini əlavələrinin sağlamlığı yaxşılaşdırdığını bildiriblər.
Samir