Bu gün ölkədə ən çox rast gəlinən fəaliyyət sahələrindən biri də kosmetologiyadır.
Kimi dindirirsən, kosmetoloq olduğunu iddia edir.
Bu sahə üzrə təhsilinin olub-olmaması isə sual altındadır.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a şərhində deyib ki, son zamanlar kosmetoloji prosedur üçün müraciət edən xanımların sayı artıb:
“Xanımlar araşdırmadan təhsilinə, əl işinə bələd olmadığı kosmetoloqa müraciət etməsinlər.
Müşahidələr göstərir ki, müxtəlif sosial şəbəkələrdə sponsorlu reklamlar olur və bu zaman kosmetoloji prosedurların qiymətləri çox aşağı olur. Halbuki bu qiymətlər absurd dərəcədə endirilmiş qiymətlərdir və həmin qiymətlərə aldanıb prosedur edən xanımların əksəriyyətində sonradan fəsadlar yaranır. Minimal məbləğə prosedur edən xanımlar düşünürəm ki, ancaq büdcəsini düşünüb prosedur edirlər. Öz gözəlliklərini və sağlamlıqlarını düşünmürlər”.
Həmsöhbətimiz deyib ki, prosedur üçün müraciət edən xanımlar öz təbiiliklərini qorumur:
“Kosmetoloji prosedur edərkən üz cizgilərini dəyişməyə meyilli olmasınlar. Təbii gözəlliyi tam dəyişməyə can atmasınlar, üz cizgilərinin təbiiliyini qorusunlar. Bəzi insanlar kosmetologiya dedikdə doldurmaq, şişirtmək, qaş qaldırmaq başa düşür. Kosmetologiya bu deyil. Kosmetologiya üzdəki problemləri aradan qaldırmaq deməkdir. Əlavə dolğu ilə şişirtmək, dartırmaq lazım deyil”.
Sevinc