İİV-ə yoluxmuş şəxslər ailə həyatı qura bilər? - Həkim açıqlayır

SAĞLAMLIQ
20:19 / 14.10.2024
144

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) qan və qorunmayan cinsi əlaqə yolu ilə yaranır.

Bu virus bədənin müxtəlif toxumalarında yerləşir. 

Özünün əsas təsirlərini immun sistemində göstərir.

Bu virus ağ qan hüceyrələrini məhv edərək , immun sistemini boğur və bədəni infeksiyalara qarşı həssas edir. 

Maraqlıdır, bəs, bu xəstəliyə yoluxmuş şəxs ailə həyatı qura bilərmi? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən ginekoloq Arzu Qasımova deyib ki, yalnız həkim nəzarəti və məsləhəti ilə ailə həyatı qura bilərlər:

“İİV-in özünə məxsus dərəcələri var. Əgər ki, bu xəstəliyə yoluxmuş şəxsin statusu müsbətdirsə, evlənə bilər. Amma ən vacib məqam İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısını almaq üçün həmin şəxs vaxtı vaxtında antiretrovirus preparatlarını qəbul etməlidir. Çünki , ARV terapiya İİV-ə yoluxan şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsi müşahidə edilir. Nəticədə immunitetin bərpasını təmin etməklə yanaşı, virusun digər şəxsə ötürülməsinin qarşısını alır. Bir daha qeyd edirəm ki, əsas məqam ARV terapiyasına vaxtı-vaxtında əməl etməkdir. Çünki, müalicə rejimi düzgün aparılmasa, xəstəlik yenidən baş qaldıracaq. ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilər”. 

Murad


 

0