Hansı göbələk yeyilməlidir?

SAĞLAMLIQ
18:36 / 29.10.2024
245

Qida zəhərlənməsinə səbəb olan qidalardan  biri də göbələkdir.

Göbələkdən hazırlanmış yeməklər hansı hallarda zəhərlənməyə səbəb olur? 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yeyilə bilməyən göbələklər sərt quruluşa, pis qoxu və dada malik olur: 

“Tərkibindəki toksik maddələr baxımından insan sağlamlığı üçün təhlükəli olan göbələklər zəhərli göbələklər qrupuna aiddir. Belə göbələklər yeyildikdə yüngül və ağır sağlamlıq problemlərinə, hətta ölümə də səbəb ola bilər. Yaz və payız mövsümlərində göbələkdən zəhərlənmələr daha çox baş verir. Onu da deyim ki, zəhərli göbələklərlə adi göbələklər eyni yerdə bitir. Bunları ancaq göbələyi yaxşı tanıyanlar ayıra bilərlər. Açıq şəkildə bazarlarda satılan göbələkləri almaq məsləhət görülmür. Çünki bu şəkildə satılan göbələyin nə saxlanma şərti, nə yığılma, nə də son istifadə tarixi bilinir. Hər bir qida məhsulunun mütləq ki son istifadə tarixi var. Açıq şəkildə satılan göbələklərin zəhərli olma ehtimalı da var. Qablaşdırmanın üzərində etiketdə istehsal tarixi və son istifadə tarixi göstərilməlidir”. 

Sevinc


 

1