Hit.az “Şəfalı bitkilər” rubrikasında dəfnə yarpağı çayı haqqında məlumat verir.
“Dəfnə yarpağı orqanizmdə olan mikrobları, bakteriyaları, göbələkləri öldürür”.
Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.
O qeyd edib ki, dəfnə yarpağından hazırlanmış çay ağ ciyərə gedən tənəffüs yollarını açır:
“Dəfnə yarpağının faydaları çoxdur. Eyni zamanda, bronxial asması olan, qrip virusuna yoluxan insanlara tövsiyə olunur. Qaraciyər və ödü əla təmizləyir. Sidik yollarında infeksiyaların təmizlənməsində müsbət təsir göstərir. Mədə və bağırsağın normal işləməsini təmin edir. Orqanizmdəki bakterialarl təmizlədiyi üçün metobalizma və bağırsaq sistemi güclənir.
Qeyd edim ki, arıqlamaq istəyənlər üçün defnə çayı əla detoksdur. Çayın hazırlanma qaydası isə sadədir: 500 ml su, 6 ədəd qurudulmuş dəfnə yarpağı, 5 ədəd mixək.
Bunları bir qazana qoyub 10 dəqiqə qaynadırsınız. Daha sonra, süzüb hər səhər ac qarına və yq yeməkdən 1 saat əvvəl qəbul edin”.
Murad