İnsanların psixi sağlığı niyə pozulur?

SAĞLAMLIQ
23:14 / 06.11.2024
386

Son illər həyəcan Azərbaycan cəmiyyətinin az qala təbii psixoloji durumuna çevrilib. Həyəcan hər yerdə var; küçədə, metroda, avtobusda, işdə, hətta evdə də. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, istər ailədə, istər iş yerində, istər sə də dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. Psixi sağlamlıq dedikdə çoxlarının təsəvvüründə canlandırdığı sırf psixiatrik xəstəliklər nəzərdə tutulmur:

“İnsanın psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji dürümü, emisional vəziyyəti, əhval ruhiyyəsi, intelektual potensialı hamısı psixi sağlamlıq deməkdir. Son illər insanların psixoloji sağlamlığının pozulması nəticəsində bir çox xəstəliklərin sayı artıb. Bu xəstəliklər ilk növbədə depressiyalardır, həyəcan, təşviş xarakterli nevrozlardır. Stressdən, xüsusən travmalardan, adaptasiya pozuntular, ailədaxili münaqişələr, bədbəxt hadisələrdən, həyatın digər zərbələrindən sonra yaranan psixi pozuntulardır. Post travmatik stress pozuntuların müxtəlifliyi çox böyükdür. İnsanlar getdikcə qapalılaşır. Kimdən soruşursan o öz qohumlarını toyda-yasda gördüyünü deyir. İnsanlar ola bilsin maddi qazanca, sosial problemlərə daha çox vaxt ayırırlar. Qohumlarla, köhnə dostlarla ünsiyyətə vaxt tapmırlar. Belə olanda isə depressiyalar artır, psixoloji vəziyyət gərginləşir”.

Sevinc


 

0