Uşaqlar telefona nə qədər baxmalıdır? - AÇIQLANDI

SAĞLAMLIQ
22:07 / 07.11.2024
346

Dövrümüzün əsas problemlərindən biri də uşaqdan böyüyə hər kəsin telefona, elektron əşyalara olan marağıdır. 

Bütün həyatı ağuşuna alan texnologiya ən çox uşaqlara mənfi təsir göstərir. 

Maraqlıdır, uşaqlara telefondan istifadə üçün nə qədər vaxt verilməlidir?

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən terapevt Jalə Əliyeva deyib ki, ən az 3-4 yaşına qədər uşaqlara telefondan istifadə qadağan edilsin:

“1-2 yaşında olan uşaqların telefonda baxdığını dərk etmədiyini hər birimiz bilirik. Onlar telefonda olan rənglərə diqqət edir. 2 yaşlı uşağın 5 dəqiqə belə telefondan istifadəsi zərərlidir. Azyaşlıların telefondan çox istifadəsi onlarda nitq geriliyi, özünü ifadə etmə çətinliyi yaranır. Elə dövrün qlobal problemlərindən biri də uşaqlarda tez-tez rast gəlinən nitq geriliyidir. 2 yaşdan sonrakı uşaqlarda isə 20-30 dəqiqədən çox olmayaraq telefondan istifadə edə bilər. 
Digər bir səbəb isə telefona daimi baxmaq gözdəki qişanın suyunu qurudur. Bu da gözqırmalar yaradır. Telefonla oynaya-oynaya yemək yeyirsə, bu həmin uşaqda piylənmə yaradır. Buna səbəbdən valideynlərin belə məsələlərə diqqət etməsini tövsiyə edirəm”.

Murad
 

0