İstilik və rütubət dərinin qocalmasını sürətləndirir - Alimlər

SAĞLAMLIQ
23:38 / 28.11.2024
31

Yüksək rütubət və istilik qırışlara və piqmentasiyaya səbəb olur.

HİT.az xəbər verir ki, bu qənaətə Hindistandan olan həmkarları ilə birlikdə IUF-Leibniz (Almaniya) Ekologiya Tədqiqat İnstitutunun alimləri gəliblər. Tədqiqatın nəticələri "Dermatitis" jurnalında dərc olunub.

Alimlər çoxdan bilirlər ki, qlobal istiləşmə və həddindən artıq istilər insan sağlamlığına getdikcə əhəmiyyətli dərəcədə təsir edir. Bununla belə, yüksək temperaturun dəriyə təsiri uzun müddət zəif başa düşülüb.

Bu bilik boşluğunu doldurmaq üçün elm adamları fərqli iqlim zonalarına və yüksək temperaturlara malik olan Hindistanda 1510 qadının məlumatlarını təhlil ediblər. Üç ucqar şəhərin sakinlərinin iştirak etdiyi tədqiqat istilik indeksi (temperatur və rütubət nisbəti) ilə dərinin qocalması əlamətləri arasında əlaqəni öyrənmək məqsədi daşıyıb.

Tədqiqat nəticəsində müəyyən edilib ki, istilik indeksinin artması alnında piqmentasiyanın yaranması, eləcə də göz altındakı qırışların və qarğa ayaqlarının dərinləşməsi ilə əhəmiyyətli dərəcədə əlaqələndirilir. Bu dəyişikliklər iştirakçıların yaşından və ultrabənövşəyi şüalanmanın intensivliyi, siqaret çəkmə və havanın çirklənməsi kimi digər amillərdən asılı olmayaraq baş verib.

Samir
 

0