Keçən son 10 ili müşahidə etsək, təbii doğuşdan üz döndərən çox sayda qadın olduğunu görərik.
Bəziləri təbii doğuşun ağrısından qorxanda, digər qisim xarici görünüşünün pozulmasını istəmir.
Maraqlıdır, real səbəb nədir? Qadın niyə təbii doğuşdan qaçır?
Bu barədə Hit.az-a açıqlama verən ginekoloq Ülviyyə Əsədova deyib ki, hər bir qadının doğuş təcrübəsi fərqli olduğu üçün, bu səbəblər şəxsən dəyişir:
“Amma ümumi olaraq, bəzi faktorlar qadınları təbii doğuşdan çəkinməyə və ya qaçmağa yönəldir. Təbii doğuş, xüsusilə , ilk dəfə hamiləlik yaşayan qadınlar üçün çox ağrılı və qorxulu ola bilər. Çox qadınlar doğuş zamanı ağrıları və məşəqqətləri nəzərə alaraq, epidural anesteziya və ya cərrahiyyə müdaxiləsi kimi alternativ yolları düşünürlər. Əvvəlki doğuş təcrübəsi, qadının gələcək doğuşa dair təsəvvürlərini dəyişə bilər. Əgər bir qadın əvvəlki doğuşunu çətin keçirmişsə, təbii doğuşa qarşı qorxu və narahatlıq yaranır.
Doğuşun necə bir proses olduğunu yaxşı başa düşməyən qadınlar, bu barədə səhv təsəvvürlərə sahib ola bilərlər. Bəzi qadınlar, doğuşu daha az ağrılı və təhlükəsiz hesab etdikləri digər metodlara üstünlük verirlər”.
Murad