Sonsuzluq boşanmaya səbəb olur?

SAĞLAMLIQ
22:54 / 04.12.2024
38

Son illər Azərbaycanda boşanmaların sayı günü-günndən sürətlə artır.

Boşanmaların səbəbi müxtəlif amillərlə izah olunur. Bir qisim ekspertlər isə hesab edir ki, sonsuzluq, ailədə uşağın olmaması boşanmaya təsir edən əsas səbəblərdən biridir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, sonsuzluqla bağlı suallar gənc ailə tərəfindən psixoloji təzyiq kimi qəbul edilir. Buna görə də cütlüklərin ən böyük düşməni psixoloji təzyiq sayılır:

"Psixoloji təzyiq ailə üzvləri tərəfindən başlanır. Qayınana, baldız, ana, qohumlar, qonşular tərəfindən verilən suallar, məsləhətlər gənc evliləri stressə salır.  Ailələri böyükləri hesab edir ki, qadın sonsuzdursa, mütləq onu boşamaq lazımdır. Nəslin davamı üçün ailəyə övlad lazımdır. Bu səbəbdən də sonsuzluq problemi yaşayan şəxsin özü boşanmaq üçün müraciət edir, ya da ailə üzvlərinin təkidi ilə cütlük ayrılır. Ümumiyyətlə, bir ailəyə sonsuz olduğunu demək, onların həyatda lazımsız olduğunu demək kimi bir şeydir. Uşaq olmaması qorxusu, ailədə öz yerini itirmək qorxusu, nəsilartırma qabiliyyətinin olmaması qorxusu onların beynini psixoloji olaraq yükləyir”.

Sevinc

0