“Əməliyyat lampaları kölgə yaratmır” – TEXNOLOQ

SAĞLAMLIQ
19:24 / 16.01.2025
54

“Burada işıq yanındakı işığın kölgəsini öz işığı ilə aydınladaraq, bölgənin tamamilə kölgəsiz olmasını təmin edir”.

Bu sözləri HİT.-aza texnoloq Aydın Qarayev deyib:

“Əməliyyat zamanı cərrahların kəsilmiş bölgəni və orqanları aydın şəkildə görməsi vacibdir. Nəzərə alsaq ki, bu zaman işığın qarşısında birdən çox əl olur. Bu da cərraha həmin bölgəni görməsində çətinlik yarada bilər. Bunun üçün də kölgəsiz lampalar dizayn edilib. 

Maraqlı sual isə həmin lampaların kölgə yaratmamasıdı. Həkimlərin istifadə etdiyi bu qüvvə formaları lampada işıqların hamısı bir nöqtəyə vurması kimi təchiz olunub. Burada işıq yanındakı işığın kölgəsini öz işığı ilə aydınladaraq bölgənin tamamilə kölgəsiz olmasını təmin edir”.   

Murad
 

0