Bağırsaq xərçəngi nədir?

SAĞLAMLIQ
21:56 / 16.01.2025
39

Aktrisa Çimnaz Sultanova ötən gün vəfat edib.

Məlumata görə, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib. O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkib.

Maraqlıdır, bağırsaq xərçəngi nədir, necə yaranır?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yoğun bağırsaq xərçəngi erkən mərhələlərdə simptom vermir:

“Tualet alışqanlıqlarında dəyişiklik,  qəbizlik, ishal, tualet sonrasında bağırsağın tam boşalmaması hissi, parlaq qırmızı və ya vişnə çürüyü şəklində nəcisdə qan görülməsi yoğun bağırsaq xərçənginin əlaməti sayılır. Düzgün qidalanmama da bu xəstəliyin yaranmasına təsir edir”.

Həkim onu da əlavə edib ki, bu xəstəliyin müalicəsi xərçəngin inkişaf mərhələsinə,xəstənin yaşı və orqanizmin ümumi vəziyyətinə əsasən təyin olunur:

"Müalicəsi əsasən  cərrahi,kimyaterapiya və radioterapiya yolu ilə həyata keçirilir. İlərləmiş etaplarda cərrahi əməliyyatın məqsədi xərçəngi sağaltmaq yox, xəstənin yaşamını yüngülləşdirməkdən ibarətdir.Yoğun bağırsaq xərçəngi zamanı adətən əməliyyatdan sonra proses limfa düyünlərinə yayıldığı zaman kimyaterapiya istifadə olunur. Bəzən isə əməliyyatdan əvvəl xərçəngin ölçüsünü kiçiltmək üçün istifadə olunur”.

Sevinc

0