Yaşıl, yoxsa qırmızı alma?

SAĞLAMLIQ
23:16 / 21.01.2025
56

Alma sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur. 

Kimisi yaşıl almanın, kimisi də qırmızı almanın daha xeyirli olduğunu deyir.

Hit.az xəbər verir ki, yaşıl və qırmızı alma arasında ciddi dad fərqi var. Yaşıl alma adətən türş olur, qırmızı alma dadına görə daha şirin və yumşaq olur. Hər iki növ alma sağlam qidalanmanın mühüm tərkib hissəsidir və seçim fərdi xüsusiyyətlərə görə edilə bilər.

Almanın qida rasionuna əlavə edilməsi ürək xəstəlikləri və xərçəng riskini azaldır.

Tədqiqatlar göstərib ki, alma yeyənlərdə ürək xəstəliklərinin yaranma ehtimalı aşağı olub. Qırmızı alma ürək-damar, bağırsaq və dəri sağlamlığı üçün faydalı olan yaşıl meyvələrdən daha çox antosiyanin var.

Qırmızı alma, həmçinin, yüksək miqdarda polifenol ehtiva edir ki, bu da qan təzyiqini aşağı salır, iltihab əleyhinə və antioksidant təsirə malikdir.

Yaşıl alma isə damar sağlamlığını qoruyur, oksidləşdirici stress zamanı meydana gələn və hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olan sərbəst radikalları birləşdirir.

Sevinc

0