Yazda immuniteti necə gücləndirməli?

SAĞLAMLIQ
20:00 / 17.04.2025
109

Yazda immunitetlə bağlı problemlər yaşanıla bilər. 

Bir çox insan yorğunluq, görünüşün pisləşməsi və soyuqdəymələrə qarşı həssaslıq yaşayır.

Ekspertlər hesab edir ki, bu kimi halların yaşanmasına səbəb immunetin aşağı düşməsidir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, immunitet sistemini gücləndirmək üçün təmiz havada daha çox vaxt keçirmək lazımdır: 

“Bununla yanaşı, tədricən yağlı qidalardan imtina edib, yüngül və sağlam qidalara üstünlük verilməlidir. Göyərtilər yeyilməli, təzə tərəvəz və meyvələrə üstünlük verilməlidir. Mümkün qədər havada gəzməyə üstünlük verilməlidir. Sağlam və güclü immunitet üçün qidalanma rasionuna nəzarət etmək vacibdir.

 "Boşqabda göy qurşağı" prinsipinə riayət etmək tövsiyə olunandır - müxtəlif meyvə və tərəvəzlər, xüsusilə qırmızı, narıncı və yaşıl rəngdə olanları qəbul etmək. Onlar vitaminlər, minerallar və antioksidantlarla zəngindir”.

Sevinc

0